Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. O, turnik proqramında 12.200 xal toplayaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Daha əvvəl Azərbaycan gimnastlarından Dəniz Əliyeva və Murad Ağarzayev dayaqla tullanma, Nikita Simonov isə halqalarda hərəkətlər üzrə adlarını finala yazdırıblar. Final çıxışları martın 8-9-da təşkil olunacaq.