Martın 9-da Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
“Şamaxı” klubu doğma meydanda “Sabah”la qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır. Paytaxt klubu isə 34 xalla beşinci pillədə qərarlaşıb.