"Zirə" qələbə sayəsində ikinci pillədəki mövqeyini möhkəmləndirdi

"Zirə" qələbə sayəsində ikinci pillədəki mövqeyini möhkəmləndirdi

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. "Zirə" klubu doğma meydanda turnir cədvəlinin autsayderi "Səbail"lə qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “dənizçilər” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.