Misli Premyer Liqasında XXVI tura yekun vurulur 

Misli Premyer Liqasında XXVI tura yekun vurulur 

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Günün ilk oyununda "Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq. Ssaat 17:00-da başlayacaq oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Aktivində 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə yer alıblar.

Günün və turun son oyunu "Neftçi" - "Turan Tovuz" komandaları arasında olacaq. Qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.