Futzal millimiz bu gün Yunanıstanla qarşılaşacaq 

Futzal millimiz bu gün Yunanıstanla qarşılaşacaq 

Bu gün Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək.

Vitali Borisovun baş məşqçisi olduğu komanda IV turda Afinada Yunanıstanın qonağı olacaq.

V qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.