Bu gün minifutbol üzrə Azərbaycan çempionunun adına aydınlıq gələcək 

Bu gün minifutbol üzrə Azərbaycan çempionunun adına aydınlıq gələcək 

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

Həlledici oyunda "Zirə" klubu və "Birbaşa Bakı" komandaları qarşılaşacaq. Bakı Tennis Akademiyasında keçiriləcək oyuna saat 21:00-da start veriləcək. 

Qeyd edək ki, "Birbaşa Bakı" komandası ötən il də Azərbaycan çempionu adına sahib çıxmışdı.