Misli Premyer Liqası: "Turan Tovuz" son anda məğlubiyyətdən xilas oldu

Misli Premyer Liqası: "Turan Tovuz" son anda məğlubiyyətdən xilas oldu

Misli Premyer Liqasının XXVI turun oyunlarına yekun vurulub. Turun son oyununda "Neftçi" klubu "Turan Tovuz"la qarşılaşıb. "Neftçi Arena"da keçirilən oyun matç1:1 hesabı ilə yekunlaşıb.

Hesabı meydan sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi Hayderson Hurtadonun qolu ilə məğlubiyyətdən xilas olub.

"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. "Turan Tovuz" isə 43 xalla dördüncüdür.