Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib 

Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib 

Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Yığmamız A qrupunda yer alıb. 

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv turnirin B Liqasında Litva, İngiltərə və Belçika ilə qarşılaşacaq.

Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.