Məşhur veteran futbolçu Luiş Nani Bakıya gəlib

Məşhur veteran futbolçu Luiş Nani Bakıya gəlib

Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.

Veteran oyunçu minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün qonaq qismində Azərbaycana dəvət olunub.

“Salam, Bakı. Bu möhtəşəm yarışın bir parçası olmaq çox gözəldir. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Hamıya uğurlar!”, - deyə Nani əlavə edib.