17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.
AFFA-dan verilən məlumata görə, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburq yığması ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda Bolqarıstan seçməsi Malta üzərində 5:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.