Misli Premyer Liqasında XXVII tur başlayır 

Misli Premyer Liqasında XXVII tur başlayır 

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start veriləcək. Günün yeganə matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Naxçıvan klubu 46 xalla 3-cü, “şirlər” isə 27 xalla 7-ci sıradadır.