Misli Premyer Liqasında XXVII tur çərçivəsində daha bir oyun keçirilib. "Neftçi" klubu doğma meydanda "Səbail"i məğlub edib. “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Filip Ozobiç (17) və "Elvin Camalov (29) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.