Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa"da iki bürünc medal qazanıblar.
Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandamızın üzvlərindən Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, yığmamız yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.