Yüzxanalı dama üzrə birinci beynəlxalq turnir bu gün başlayıb

Yüzxanalı dama üzrə birinci beynəlxalq turnir bu gün başlayıb


Yanvarın 23-də Bakıda yüzxanalı dama üzrə birinci beynəlxalq turnir start götürüb. Turnir Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustası Akif Nurullayevin xatirəsinə həsr edilib. 7 turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.
Yanvarın 28-dək davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna və Gürcüstandan da 16 damaçı mübarizə aparacaq. Turnirdə ölkəmizi Azərbaycan, Avropa və dünya çempionatlarının mükafatçıları Fərhad Hüseynov, Aslan Aslanlı, Fuad Hüseynov, Aleksandr Ponomaryov, Pərviz Həsənov və başqaları təmsil edirlər.