Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.
Günün ilk matçında "Neftçi" İK U-19 kollektivinə 12:5 hesabı ilə qalib gəlib.
Ardınca "Baku Fire" "Şuşa"nı 9:1 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Yasamal Bakı" qarşılaşmasında isə birincilər 20:0 hesablı qələbəyə seviniblər.
Hər üç görüş "Olimpik Star"da baş tutub.