Noyer milliyə qayıda bilər

Noyer milliyə qayıda bilər

“Bavariya”nın qapıçısı Manuel Noyer yenidən Almaniya millisinə qayıda bilər. Onun DÇ-2026-da çıxışı qaçılmazdır. Lakin Noyerin millinin əsas qapıçısı olmaq şansı xeyli azdır. “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu mövqedə liderliyi ələ ala bilib. Amma o, ikinci mövsümdür ki, ciddi zədələrlə üz-üzə qalıb. “Bild”in məlumatına görə, 32 yaşlı Ter Ştegen yeni mövsümdə yaxşı formada olmasa, o zaman Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann 38 yaşlı Noyeri komandaya çağıra bilər.

Xatırladaq ki, 2026-cı ilin yazında 40 yaşı tamam olacaq. Noyer 2024-cü ildə millidəki karyerasını başa vuracağını açıqlamışdı.