Bolqarıstanda qəribə hadisə baş verib. Ölkə təmsilçisi «Arda» klubu canlı futbolçunun xatirəsinin bir dəqiqəlik sükutla yad edib. Klubun rəhbərliyi ölkə çempionatının oyunu öncəsi onun xatirəsinə bir dəqiqəlik sükutla yad edildiyinə görə klubun sabiq futbolçusu Petko Qançevdən üzr istəyib. Məlumat üçün bildirək ki, ötən bazar günü «Arda» evdə "Levski" ilə 1:1 hesablı heç-heçə oynayıb. Oyun başlamazdan əvvəl 78 yaşlı Qançevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.