Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən "Metropolitano" stadionunda oynanılacaq.
Qeyd edək ki, 2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri namizədliklərini irəli sürmüşdü.