Bakı və İsveçdə keçiriləcək oyunların hakimləri məlum oldu

Bakı və İsveçdə keçiriləcək oyunların hakimləri məlum oldu

Azərbaycan futzal millisinin AVRO-2026-nın əsas mərhələsində keçirəcəyi qarşılaşmaların hakim təyinatları açıqlanıb.

Futzal Federasiyasının mətbuat xidmətinin məlumatına görə, aprelin 11-də İsveçdə baş tutacaq oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Aprelin 15-də Bakıda keçiriləcək qarşılaşmada isə Kiprdən olan hakimlər ədaləti qoruyacaqlar.

AVRO-2026, Əsas mərhələ

11 aprel
Saat: 21:00
İsveç – Azərbaycan
Məkan: Helsinqborq Arena

Baş hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Bellinqer (İngiltərə)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
Timekiper: Corc Yansizian (İsveç)

15 aprel
Saat: 20:00
Azərbaycan – Xorvatiya
Məkan: Bakı İdman Sarayı

Baş hakimlər: Yanqos Yanqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (Kipr)
Hakim-inspektor: Qjerqji Bitri (Malta)