Bakıdakı dünya çempionatının medalları təqdim olundu

Bakıdakı dünya çempionatının medalları təqdim olundu

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub.

Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mükafatların dizaynında turnirin loqotipi öz əksini tapıb.

Qeyd edək ki, dünya çempionatı 22 may - 1 iyun tarixlərində baş tutacaq. Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.

Bakıdakı dünya çempionatının medalları təqdim olundu