Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Neftçi" klubu doğma meydanda "Araz-Naxçıvan" komandasını qəbul edəcək.

Görüş saat 16:45-də "Neftçi Arena"da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Turnir cədvəlində "Neftçi" 31 xalla altıncı, "Araz-Naxçıvan" isə 47 xalla üçüncü pillədə qərarlaşıb.

Günün digər oyununda "Sumqayıt" doğma meydanda "Sabah"la qarşılaşacaq. Saat 19:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək. Hazırda "Sumqayıt" 28 xalla yeddinci, "Sabah" isə 35 xalla beşinci sırada yer alır.