Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.
Xorvatiyada təşkil olunan turnirdə millimiz Türkiyə ilə qarşılaşıb. Omiş şəhərindəki Ribnyak İdman Sarayında keçirilən matçda rəqibin 3:1 hesablı qələbəsi qeydə alınıb.
Əvvəlki oyunlarda Azərbaycan komandası Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub, Xorvatiya ilə isə 3:3 hesabı ilə bərabərə qalıb.