Misli Premyer Liqası: 6 qolun vurulduğu oyunda qalib müəyyənləşmədi

Misli Premyer Liqası: 6 qolun vurulduğu oyunda qalib müəyyənləşmədi

Futbol üzrə Misli Premyer Liqasının XXVIII turu çərçivəsində daha bir oyun keçirilib. Günün ikinci oyununda "Sabah" "Sumqayıt"ın qonağı olub. Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb.

Ev sahiblərinin qollarını 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov və 88-ci dəqiqədə Momo Yansane vurub. Qonaqların qollarını isə 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə isə Tellur Mütəllimov qeydə alıb.

Bu nəticə ilə "Sabah" xallarının sayını 36-ya çatdıraraq 5-ci sırada yer alıb, "Sumqayıt" isə 29 xalla 7-ci pillədə qərarlaşıb.