Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo sevgilisi Georgina Rodrígez ilə evlənməyi qərara alıb. Portuqaliyalı ulduz evlilik planları haqqında verdiyi açıqlamada: "Bəlkə bir ildə, bəlkə altı ayda, bəlkə də bir ayda olacaq. Bir gün evlənəcəyimizə 1000 faiz əminəm", - deyib.
40 yaşlı futbolçu 31 yaşlı ispaniyalı model Georgina ilə 2016-cı ildən bəri birlikdədir. Cütlüyün yeddi yaşlı Alana və iki yaşlı Bella adlı iki qızı var. Georgina eyni zamanda Ronaldonun digər üç uşağının ögey anasıdır. Ronaldo, evlilik məsələsini həyatda özlərini hazır hiss etdikləri zaman rəsmiləşdirəcəklərini də vurğulayıb.