Bu gün Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində "Bayern Münhen" klubu doğma meydanda "Pauli" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıran Münhen təmsilçisi ən yaxın izləyicisi "Bayer" ilə xal fərqini 6-ya yüksəldərək çempionluq yolunda mühüm addım atıb. "Pauli" isə 25 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir.
"Bayern" əzmkar qələbə sayəsində liderliyini möhkəmləndirdi
3jpg-1743274653.jpg)