İtaliyanın "Milan" və Almaniyanın "Bayern Münhen" klubunun rəhbərləri 21 yaşlı sloveniyalı hücumçu Benjamin Sesko ilə yaxından maraqlanır. Gənc futbolçu hazırda Almaniyanın "RB Leipzig" klubunun heyətində çıxış edir və Avropanın bir neçə top klubunun diqqət mərkəzindədir.
Lakin mənbələrin verdiyi məlumata görə, Sesko İngiltərə Premier Liqasında oynamaq arzusundadır. Onun transfer məsələsi yaxın həftələrdə daha da dəqiqləşə bilər. İngiltərənin bir neçə klubu, xüsusilə də "Arsenal" və "Manchester Yunayted" kimi nəhənglər, futbolçunun vəziyyətini yaxından izləyir.
Gənc hücumçunun gələcək karyerası ilə bağlı yekun qərarı yay transfer pəncərəsi zamanı bəlli olacaq.