"Qalatasaray" Süper Liqada ilk məğlubiyyətini "Beşiktaş"dan aldı

"Qalatasaray" Süper Liqada ilk məğlubiyyətini "Beşiktaş"dan aldı

Türkiyə Super Liqasının 29-cu turunin nəhəng derbisində "Beşiktaş" klubu öz meydanında "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib. Oyunun ilk hissəsində "Beşiktaş" 1:0 önə keçib. Joao Marionun ötürməsi ilə cərimə meydançasına daxil olan Rafa Silva Sançez topu qapıdan keçirib. Oyunun 36-cı dəqiqəsində "Qalatasaray" bir nəfər azlıqda qalmasına baxmayaraq hissənin sonlarınada hesabdakı tarazlığı bərpa edib. Matçın 45-ci dəqiqəsində Lukas Torreira fərqlənib.

Qarşılaşmanın ikinci hissəsində "Beşiktaş" klubu qələbə topunu vurmağa müvəffəq olub. 66-cı dəqiqədə Gedson Fernandez Joao Marionun sərbəst vuruşundan sonra yaxın məsafədən topu tora göndərərək "Beşiktaş"a 2:1 hesablı qələbə qazandırıb. 

Qeyd edək ki, oyunun sonlarına doğru "Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy qırmızı vərəqə alaraq meydanı tərk edib. 

Bu nəticə ilə "qara qartallar" xallarının sayını 47-yə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Qalatasaray" isə mövsümdəki ilk məğlubiyyətini alıb. "Cimbom" hazırda 71 xalla liderliyini qorumağa davam edir. Onun ən yaxın izləyicisi olan "Fənərbaxça" ilə arasındakı xal fərqqi altıya bərabərdir.