Futbol üzrə İspaniya La liqasında 29-cu turun oyunları davam edir. Turnir cədvılinin ikinci pilləsində qərarlaşan "Real Madrid" klubu doğma meydanda "Leganes"lə qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan "Kral Klubu" oyunda əzmkar qələbə qazanıb -3:2.
Oyunda hesabı 32-ci dəqiqədə Madrid təmsilçisinin hücumçusu Mbappe açıb. Lakin qonaqlar iki dəqiqə sonra hesabdakı tarazlığı bərpa edib. Qarsia dəqiq zərbə ilə fərqlənib. İlk yarının 41-ci dəqiqəsində isə Raba "Leqanes"i hesabda önə çıxarıb. Lakin qonaqlar qələbə hesabını qoruya bilməyiblər. İkinci hissədə Bellingem (54) və Mbappenin (76) vurduğu qollar "Real"a 3:2 hesablı qələbə qazandırıb.
Bu qələbə ilə "Real Madrid" klubu turnir cədvəlində 63 xalla "Barselona"dan sonra ikinci pillədə qərarlaşıb. "Leganes" isə 27 xalda qalıb.