Ədalət təmsilçilərimiz seçmə mərhələ oyunlarına təyinat alıblar

Ədalət təmsilçilərimiz seçmə mərhələ oyunlarına təyinat alıblar

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinatını alıb.

O, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. Azərbaycanlı referi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qrupun oyunları Moldovada təşkil olunacaq.