İngiltərənin "Mançester Siti" klununun ulduz hücumçusu Erling Haaland ciddi zədə səbəbilə 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq. Klubun tibbi heyəti norveçli forvardın bərpa prosesinin gözləniləndən uzun çəkə biləcəyini açıqlayıb.
Bu itki "Mançester Siti"nin Premyer Liqada mühüm oyunlarına təsir edə bilər.