Frankfurtda triatlonçuların konfrası təşkil edilib

Frankfurtda triatlonçuların konfrası təşkil edilib

Almaniyanın Frankfurt şəhərində Avropa Triatlon İttifaqının (ETU) təşəbbüsü ilə qitə triatlon federasiyaları başçılarının konfransı keçirilmişdir. Konfransda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında triatlon üzrə yarışların keçirilməsinin təfsilatı müzakirə edilib.
Konfrans iştirakçılarına Avropa Oyunlarının reklam videoçarxı təqdim edilmişdir. Azərbaycan Milli Triatlon Federasiyasının icraçı direktoru Azər Məhərrəmov konfrans iştirakçılarına Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi üçün görülən tədbirlər barədə məlumat verib.