Norveç çempionatında keçirilən "Bryne" – "Bodo Qlimt" qarşılaşmından sonra maraqlı yaşanıb. Belə ki, "Bryne" klubunun qapıçısı Jan de Boer oyun zamanı inanılmaz performans nümayiş etdirərək komandasını bir çox təhlükəli qol epizodlarından xilas edib. Onun əla çıxışı oyunun sonunda mükafatlandırılıb.
Günün ən yaxşı oyunçusu seçilən de Boer gözlənilməz bir hədiyyə alıb – 4 kletka yumurta! Norveç futbolunda bənzərsiz mükafat sistemlərindən biri olan bu jest, sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi azarkeşlər bunu zarafatla qarşılayaraq "Jan de Boer indi səhər yeməyi üçün problem yaşamayacaq" şərhlərini yazıblar.
Qapıçı isə mükafatı təbəssümlə qəbul edərək, "Mənim üçün əsas olan komandanın uğurudur. Amma indi, deyəsən, yaxşı omlet hazırlamaq vaxtıdır!" – deyə bildirib.
Norveç futbolunda qeyri-adi mükafat - dörd kletka yumurta
