"Mançester Yunayted" Klublararası Dünya Çempionatında iştirak edəcək

"Mançester Yunayted" Klublararası Dünya Çempionatında iştirak edəcək

FIFA-nın təşkil etdiyi Klublararası Dünya Çempionatında gözlənilməz dəyişiklik baş verib. Meksikanın "Leon" klubu turnirdən kənarlaşdırılıb və onların yerinə İngiltərənin nəhəng klubu "Mançester Yunayted" komandası iştirak edəcək.

Bu qərarın ən maraqlı tərəfi isə "Mançester Yunayted" klubunun digər komandalar kimi reytinq xallarına görə deyil, qlobal azarkeş sayına görə turnirə dəvət olunmasıdır. FIFA-nın bu addımı futbol dünyasında böyük müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Klublararası Dünya Çempionatı 2025-ci ildə baş tutacaq və turnirdə dünyanın ən güclü komandaları yarışacaq.