AFFA rəsmisinə UEFA-dan etimad 

AFFA rəsmisinə UEFA-dan etimad 

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

O, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turunungörüşü aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.