"Barselona" klubunun rəsmiləri AFFA-da görüş keçirib

"Barselona" klubunun rəsmiləri AFFA-da görüş keçirib

"Barselona" klubunun rəsmiləri AFFA-da görüş keçirib

Dünya futbolunun nüfuzlu klublarından biri olan "Barselona"nın Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris ölkəmizə səfər edib.
Səfər çərçivəsində "Barselona" rəsmiləri AFFA-da olub və qurumun baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş ərzində İspaniya klubunun Azərbaycanda açmağı planlaşdırdığı akademiya barədə fikir mübadiləsi aparılıb.
Dünya şöhrətli klubun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.