Klublarımız avrokubok matçları üçün Bolqarıstanı seçdi

Klublarımız avrokubok matçları üçün Bolqarıstanı seçdi

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi müəyyənləşib. Matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq. ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək. Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.