Federasiya rəsmiləri İsveçdə keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər

Federasiya rəsmiləri İsveçdə keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər


Yanvarın 30-dan fevralın 3-dək İsveçin Qotenburq şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) və İsveç Səmti Müəyyən Etmə Federasiyasının (SOF) birgə təşkilatçılığı ilə VI beynəlxalq "High Level Event Seminar” keçiriləcəkdir.
Bu tədbirdə ölkəmiz də təmsil olunacaq. Seminara, həmçinin Finlandiya, İtaliya, Norveç, Polşa, Avstriya, Litva, Serbiya və sair ölkələrdən 60-a yaxın iştirakçı qatılacaq.
Tədbir səmti müəyyənetmə üzrə idman tədbirlərinin təşkilatçıları üçün nəzərdə tutulub. Seminar çərçivəsində üç mövzu - "Səmti müəyyənetmə üzrə dünya çempionatının (WOC) təşkili”, "Səmti müəyyənetmə veteranları arasında dünya çempionatının (WMOC) təşkilatçılığı”, "Tədbirin proqram təminatı (elektron qeydolunma sistemi)” müzakirə ediləcək.