"Valensiya"nın qapıçısı Georgi Mamardaşvili La Liqanın 30-cu turunda Madrid "Real"ı ilə oyunda (2:1) qoruduğu penaltidən əvvəl Vinisius Juniorla söhbətindən danışıb. "Mən Vinisiusla 50 avro mərc etdim ki, penaltini xilas edəcəm. Amma o, sözünün üstündə durmadı”, - deyə insayder Fabrizio Romano sosial şəbəkədə Mamardaşvilinin sözlərindən sitat gətirib. Qeyd edək ki, Madrid “Real”ı hazırda La Liqada ikinci pillədə qərarlaşıb.
Vinisiusun Mamardaşviliyə 50 avro borcu var
