“100-120 milyon heç kimə zarafat gəlməsin”

“100-120 milyon heç kimə zarafat gəlməsin”

"Yuventus"un və İtaliya millisinin sabiq futbolçusu Canluka Zambrotta bu yay keçiriləcək klublararası dünya çempionatı ilə bağlı müsbət fikirdədir. "Mən özüm də belə bir turnirdə oynamaq istərdim. Bu, 32 ən yaxşı komandanın iştirak etdiyi əsl dünya çempionatıdır. Düşünürəm ki, yaxşı pul mükafatı bu turnirdə iştirak etmək istəyini daha da  artıracaq. 100-120 milyon heç kimə zarafat gəlməsin. Bu məbləğ bir klubun taleyini yaxşılığa doğru dəyişə bilər", - deyə Zambrotta bildirib. 

Xatırladaq ki, klublararası dünya çempionatı iyun ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək.