"Neftçi" Şamaxıda 3 xal qazandı

"Neftçi" Şamaxıda 3 xal qazandı

Futbol üzrə Misli Premyer Liqasının XXIX turu çərçivəsində daha bir oyun keçirilib. “Neftçi” klubu səfərdə “Şamaxı”nı qəbul edib. Oyun paytaxt təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Ramil Şeydayev (42-ci dəqiqə, penalti) və Filip Ozobiç (89-cu dəqiqə) vurublar. Bu nəticə ilə “Neftçi” xallarını 35-ə yüksəldərək 6-cı pillədə qərarlaşıb, “Şamaxı” isə 28 xalla 8-ci yerdə qalıb.