Misli Premyer Liqasında XXIX tura yekun vurulub

Misli Premyer Liqasında XXIX tura yekun vurulub

Misli Premyer Liqasında XXIX turun oyunları başa çatıb. Son qarşılaşmada "Araz-Naxçıvan" öz meydanında "Sumqayıt" üzərində 2:0 hesablı qələbə qazanıb. Qolları 20-ci dəqiqədə Ramon Maçado (penalti) və 65-ci dəqiqədə İqor Ribeyro vurub. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlində üçüncü pilləyə yüksəlib, 29 xalı olan "Sumqayıt" isə yeddinci yerdə qərarlaşıb.