UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gecə futbol dünyasının ən nüfuzlu turnirlərindən biri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk qarşılaşmalarına start veriləcək.

İlk oyun günündə azarkeşləri iki möhtəşəm duel gözləyir. Turnirin son qalibi “Real Madrid” səfərdə İngiltərənin iddialı klubu “Arsenal”la qarşılaşacaq. Digər görüşdə isə Almaniya təmsilçisi “Bavariya” Münhendə İtaliya nəhəngi “İnter”i qəbul edəcək.

Hər iki qarşılaşma bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xatırladaq ki, 1/4 final mərhələsinin növbəti iki oyunu aprelin 9-da keçiriləcək.