Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında daha bir vacib qarşılaşmaya çıxacaq.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının IV qrupunda səfərdə Monteneqro seçməsi ilə qarşılaşacaq. Oyun Nikşiç şəhərindəki stadionda keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Andorranı təmsil edən Marta San Xuan olacaq.
Xatırladaq ki, komandamız bu rəqibə qarşı Bakıda keçirilmiş ilk oyunda 0:0 hesablı bərabərliklə kifayətlənmişdi. İkinci turda isə millimiz səfərdə Litva üzərində inamlı 2:0 hesablı qələbə qazanıb. Hazırda həm Azərbaycan, həm də Monteneqro komandalarının aktivində 4 xal var. Turnir cədvəlində sonuncu yerdə qərarlaşan Litva isə xalsızdır.