Timo Verner “Tottenhem”dən ayrılır 

Timo Verner “Tottenhem”dən ayrılır 

“Tottenhem" klubu 29 yaşlı almaniyalı hücumçu Timo Vernerlə mövsüm sonunda yollarını ayırmağa qərar verib. Klub rəhbərliyi futbolçunun icarə müddətinin uzadılmaması barədə qərar qəbul edib.

Beləliklə, Timo Verner məxsus olduğu Almaniyanın “Leipziq” klubuna geri dönəcək. Verner “Tottenhem”in heyətinə 2024-cü ilin qış transfer pəncərəsində icarə əsasında qoşulmuşdu. O, Premyer Liqa təmsilçisinin heyətində bir neçə oyunda meydana çıxsa da, stabil çıxışla yadda qalmayıb və klubun uzunmüddətli planlarına daxil edilməyib.

Xatırladaq ki, Timo Verner əvvəllər də “Leipziq” klubunun heyətində yüksək səviyyədə çıxış edib, ardıcıl mövsümlərdə komandanın əsas qol silahlarından biri olub.