İtaliyalı mütəxəssis Roberto Mançini yenidən vətəninə qayıda bilər. Jurnalist Canluka di Marzionun sözlərinə görə, "Sampdoriya" rəsmiləri məşqçi ilə müqavilə bağlamaqda maraqlıdır. "Genuyalılar" baş məşqçiləri Leonardo Sempliclə yollarını ayırdıqları üçün bu post hələ ki, boş qalıb.
Qeyd edək ki, “Sampdoriya” 32 xalla B Seriyasında aşağı liqa zonasındadır. Klub rəhbərliyi Mançininin vəziyyəti dəyişə biləcəyinə ümid edir.