Madrid şokda, Münhen səssiz - Çempionlar Liqasında gecənin qəhrəmanları

Madrid şokda, Münhen səssiz - Çempionlar Liqasında gecənin qəhrəmanları

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Mərhələnin ilk oyun günündə qarşılaşma təşkil olunub. Almaniyanın "Bavariya" klubu Münhendə İtaliyanın "İnter" klubunu qəbul edib. Oyun "İnter"in 1:2 hesablı səfər qələbəsi ilə başa çatıb. Milan təmsilçisinin qollarını Lautaro Martines (38-ci dəqəiqə) və Davide Frattezi (88-ci dəqəqiqə) vurub. Almanların yeganə qoluna 86-cı dəqiqədə Tomas Müller imza atıb.

Gecənin digər maraqlı qarşılaşması isə Londonda baş tutub. "Arsenal" klubu "Emirates"də Madrid "Real"ını qəbul edib. Oyun "Arsenal" klubunun böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. Mikel Artetanın komandasının qollarından ikisinə Deklan Rays imza ataraq dubla nail olub. Matçda sonuncu qolu isə Merino vurub.

Beləliklə, "İnter" və "Arsenal" komandaları növbəti mərhələyə vəsiqə uğrunda cavab oyunu öncəsi mühüm üstünlük qazanıblar.

Komandalar arasında cavab oyunu aprelin 16-da təşkil olunacaq.

Madrid şokda, Münhen səssiz - Çempionlar Liqasında gecənin qəhrəmanları