Azərbaycan idmançıları bu gün Gimnaziadada 5 idman növündə yarışacaqlar

Azərbaycan idmançıları bu gün Gimnaziadada 5 idman növündə yarışacaqlar

Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarını davam edir.

Yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar.

Təmsilçilərimiz çimərlik voleybolu, kamandan oxatma, taekvondo, tennis və atletika üzrə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışlar aprelin 12-də başa çatacaq.