UEFA-nın yeni qaydalarına əsasən, mövsüm üçün ən yüksək klub reytinqinə malik olan assosiasiyalar Çempionlar Liqasında beş komanda ilə təmsil olunmaq hüququna malikdir. Bu assosiasiyalardan birinin İngiltərə Premyer Liqası olacağı dəqiqləşib. Ötən gün Çempionlar Liqasının ilk 1/4 final matçında "Arsenal"ın Madrid «Real»ı ilə görüşdə qalibiyyətindən (3:0) sonra hazırkı əmsallar İngiltərə klubunu bu mövsüm ən azı ikinci pilləyə çıxaracaq. Üstəlik, nəzəri cəhətdən İngiltərə növbəti mövsüm Çempionlar Liqasında 7 komanda ilə təmsil oluna bilər. «Aston Villa» bu turnirdə qalib gəlsə və Premyer Liqanın ilk 4-lüyünə düşə bilməsə, Avropa Liqasını «Çelsi» və ya «Mançester Yunayted» qazansa, onlar da Premyer Liqanın ilk 4-lüyündə yer almalıdır.
Qeyd edək ki, hazırda Premyer Liqa cədvəlinin ilk 5-liyi “Liverpul”, “Arsenal”, “Nottingem Forest”, “Çelsi” və “Nyukasl”dan ibarətdir. “Mançester Siti” “sağsağanlar”dan, “Aston Villa” isə “şəhərlilər»dən bir xal geri qalır.