"Qalatasaray"da icarə əsasında çıxış edən "Milan"ın ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər. "Fichajes"in məlumatına görə, "Xetafe" 32 yaşlı futbolçunu heyətə cəlb etmək niyyətindədir. Mənbənin sözlərinə görə, forvard özü də İspaniyaya qayıtmağın əleyhinə deyil.
Qeyd edək ki, Morata bu ilin fevralından "Qalatasaray"da icarə əsasında çıxış edir. Türkiyə klubunun tərkibində səkkiz oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçunun "Milan"la müqaviləsi 2028-ci ilə qədərdir. «Transfermarkt»ın məlumatına görə, futbolçunun qiyməti 13 milyon avrodur.