Braziliya millisinin yeni baş məşqçisi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Xorxe Xesus olacaq. UOL Esporte portalının məlumatına görə, Portuqaliyalı mütəxəssisin Asiya yığması ilə müqaviləsi bu ilin iyun ayında yekunlaşır. Lakin "Əl-Hilal"ın çempionluq şansını itirəcəyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Hazırda turnirin bitməsinə 8 tur qalmış komanda “Əl-İttihad”dan 5 xal geridə, ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, 70 yaşlı mütəxəssis bir müddət “Flamenqo” klubunda çalışıb. Hazırda Braziliya millisi gələn il keçiriləcək dünya çempionatına vəsiqə üçün CONMEBOL təsnifatında yarışır. «Sambaçılar» hələ ki, 4-cü yerdə qərarlaşıblar. Cənubi Amerikada birbaşa olaraq DÇ üçün 6 vəsiqə nəzərdə tutulub. Amma Braziliya Futbol Federasiyası komandanın Dorival Juniorun rəhbərliyi altında nümayiş etdirdiyi futbol keyfiyyətindən razı qalmadığı üçün onunla yollarını ayırır.